“AYNA” sənədi növbəsi Bakıda tıxacın yaranmasına səbəb oldu - VİDEO
Patrulaz.az xəbər verir ki, bu gün paytaxtda Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında ciddi nəqliyyat sıxlığı yaranıb. Səbəb Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən taksilərə verilən “buraxılış vəsiqəsi” almaq üçün əraziyə toplanan çoxsaylı sürücülər olub.
Axşam saatlarından etibarən sənəd almaq üçün yüzlərlə taksi sürücüsü avtovağzalın qarşısında dayanaraq yolun bir hissəsini bağlayıb. Nəticədə həm istiqamət üzrə hərəkət edən nəqliyyat vasitələrinin axını pozulub, həm də ərazidə böyük tıxac yaranıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Qısa müddətli gərginlikdən sonra Polis əməkdaşlarının müdaxiləsi ilə vəziyyət nəzarətə alınıb və ərazidə nəqliyyatın hərəkəti bərpa olunub.
Lakin sənəd alma prosesi üçün vahid məkanın seçilməsi, eyni vaxtda çoxsaylı sürücülərin ora üz tutmasına və idarəolunmaz sıxlıq yaranmasına səbəb olub.
Hazırda ərazidə vəziyyət sabit, nəqliyyat axını normal rejimdə davam edir.






