"Azərbaycan Antalya Diplomatiya Forumunda hər il yüksək səviyyədə təmsil olunur" - DEPUTAT
“Ölkəmiz Antalya Diplomatiya Forumunda (ADF) hər il yüksək səviyyədə təmsil olunur. İştirakımız apardığımız uğurlu regional diplomatiyanın təbliği baxımından olduqca vacibdir. Ermənistanla sülh prosesi, Azərbaycan regionda artan rolu barədə beynəlxalq ictimaiyyətə birbaşa məlumat vermək üçün ADF çox uğurlu siyasi platformadır”.
Bu fikirləri Patrul.az-a Prezident İlham Əliyevin Türkiyəyə səfəri və səfər çərçivəsində baş tutan görüşlər barədə şərh edərkən səsləndirib.
O qeyd edib ki, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu və logistik imkanları artıq dəfələrlə forumun əsas müzakirə mövzularından biri olub:

“Bu mənada Bakının forumdakı çəkisi, ona olan maraq olduqca yüksəkdir. Dövlət başçımızın keçirdiyi görüşlər də buna bariz nümunədir.
Dünyanın müxtəlif ölkələrindən olan dövlət başçılarını, nazirləri, diplomatları, akademiyanı və biznes liderlərini bir araya gətirərək qlobal problemlərə ortaq həll yolları axtaran, bu forum dünyanın da diqqət mərkəzindədir”.
Ləman Sərraf






