media-inshot_20260121_085202200

“Prezident İlham Əliyevin Davos gündəliyi dövlət başçıları, beynəlxalq təşkilatlar və özəl sektor nümayəndələri ilə görüşlər, panel müzakirələri, xarici TV kanallara müsahibələr daxil olmaqla, olduqca sıx qrafikdə davam etdi. Bu, onu göstərir ki, Dövlət başçımız dəyişən dünya nizamında milli maraqlarımıza əsaslanan mövqeyimiz barədə beynəlxalq ictimaiyyəti layiqincə məlumatlandırır. Həm də, iqtisadi əlaqələr, investisiyalar və yeni əməkdaşlıqlar baxımından Azərbaycan xarici şirkətlər, banklar üçün cəlbedici görsənir, onların marağındadır”.

Bu fikirləri Patrul.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva Azərbaycan Prezidenti İlham Əliyevin Davos Forumunda iştirakının həm ölkəmiz, həm də region üçün əhəmiyyətini şərh edərkən səsləndirib.

O bildirib ki, Avropa Yenidənqurma və İnkişaf Bankı ölkəmizdə bir neçə layihəni, o cümlədən su infrastrukturunun modernləşdirilməsi üzrə layihəni maliyyələşdirəcək:

“Bu xüsusda bank tərəfindən ölkəmizin bir sıra bölgələrində, o cümlədən Gəncədə və Şəkidə su sektorunda müxtəlif layihələrin həyata keçirilməsi qeyd edildi, Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı çərçivəsində qəbul olunmuş layihələrin maliyyələşdirilməsi ilə bağlı Prezident İlham Əliyev yanvarın 20-də Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso ilə görüşüb.

Azərbaycanın beynəlxalq maliyyə bazarlarında etibarlı tərəfdaş kimi özünü təsdiq edib. Bu ifadə görüşlərdə ən çox səslənən gerçəklik idi. Bizim valyuta ehtiyatlarımız xarici borcu 17 dəfə üstələyir. İki aparıcı reytinq şirkəti “Moody’s” və “Fitch” şirkətləri bizim kredit reytinqimizi yenilədi. Bu da Azərbaycana investisiya etməyin risksiz olduğunu göstərir, etibarlı tərəfdaş nüfuzu isə ən əsas reytinqdir”.

P.Vəliyeva Davosda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında Prezident İlham Əliyev ilə yanaşı, Serbiyanın Prezidenti Aleksandar Vuçiç, Türkiyədən “Limak Holdinq”in İdarə Heyətinin sədri Ebru Özdəmir və Ermənistan Respublikasının Prezidenti Vaaqn Xaçaturyanın iştirak etdiyini xatırladıb: 

“Dövlət başçımız Azərbaycanın mövqeyi, sülhdə hazırki irəliləyişlər və ölkənin gələcək vizyonu barədə geniş məlumat verdi. Paraflanmış sülhün praktiki nəticələri barədə məlumat verdi.

Konkret iqtisadi addımlar sülh sazişinin artıq praktikada reallaşmağa başladığını göstərir. Azərbaycan Ermənistanın kommersiya yükləri üçün tranziti açaraq, Qazaxıstan və Rusiya buğdası kimi yüklərin Gürcüstan vasitəsilə Ermənistana çatdırılmasına imkan yaradıb. Ermənistan isə öz növbəsində Türkiyə malları üçün tranziti açıb. Tərəflər, o cümlədən Azərbaycan neft məhsullarının Ermənistana ixracı da daxil olmaqla, ticarətə başlayıblar. Əhəmiyyətli məqam ondan ibarətdir ki, Azərbaycan və Ermənistan əvvəl mövcud olmuş iqtisadi əlaqələri bərpa etmir. İki ölkə müstəqillik əldə etdikdən sonra heç vaxt birbaşa ikitərəfli ticarət aparmayıb; bu gün baş verən proses isə sıfırdan tamamilə yeni bir iqtisadi münasibətlər sisteminin formalaşdırılmasıdır.

Normallaşma irəliləyişləri təkcə dövlətlərarası diplomatiya ilə məhdudlaşmır. İctimai dəstək, açıq ünsiyyət və etimadın qurulması davamlı sülhün əsas komponentləri kimi getdikcə daha çox qəbul olunur. İki ölkə arasında vətəndaş cəmiyyəti mübadilələri həyata keçirilib. Bu mübadilələr dialoqu təşviq edir və siyasi razılaşmaların cəmiyyət daxilində möhkəmlənməsinə kömək edir. Bu addımlar da regionda iqtisadi inteqrasiyaya töhfə verir”.

media-img-20260121-wa0038

Millət vəkili əlavə edib ki, Zəngəzur dəhlizi regional transformasiyanın strateji elementi olaraq qalır: 

“İstismara verildikdən sonra bu dəhliz Şərq–Qərb marşrutları boyunca yeni logistika imkanları yaradacaq, Avropa ilə Asiyanı birləşdirən Orta Dəhliz daxilində strateji alternativ rolunu oynayacaq və Avrasiya məkanında yüklərin daha sürətli və səmərəli daşınmasını təmin edəcək. Tranzit ölkələr kimi həm Azərbaycan, həm də Ermənistan bundan əhəmiyyətli dərəcədə fayda əldə edə biləcək.

Daha geniş normallaşmanın nəticəsi olaraq infrastruktur sərmayələri, tranzit enerji dəhlizləri, rəqəmsal bağlantılar, dəmir yolu və avtomobil yollarının inteqrasiyası və digər sahələrdə də layihələr icra oluna bilər.

Prezident İlham Əliyev Zayed İnsan Qardaşlığı Mükafatına layiq görülüb və bu, Azərbaycanın Cənubi Qafqazda davamlı sülhün təmin olunmasındakı rolunun beynəlxalq səviyyədə tanındığını göstərir. Bundan başqa, Azərbaycan Prezident Donald Tramp tərəfindən yaradılmış Sülh Şurasına üzv kimi daxil edilib. Cənubi Qafqaz kimi həssas regionda onillliklərdə davam edən münaqişədən sonra sülhə nail olan Azərbaycan artıq beynəlxalq arenada “ən yaxşı nümunəyə” çevrilib və digər münaqişlər üçün örnəkdir. Bu, Dövlət başçımızın qətiyyəti və sülhdə prinsipiallığının, həmçinin ölkəmizdə olan güclü xalq-iqtidar birliyinin, rəhbərliyə inamın məntiqi nəticəsidir”.

Ləman Sərraf


Bənzər xəbərlər