media-img_9987

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin Çinin Sinxua agentliyinə verdiyi müsahibənin məzmunu, ifadə etdiyi bəyanatlar, münasibətlərimizi xarakterizə edən əhəmiyyətli nüansların dilə gətirilməsi, bu istiqamətdə gələcək yol xəritəsinin açıqlanması xarici siyasi əlaqələrimizin nə dərəcədə peşəkar formalaşdığının nümunələrindən biridir”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Züriyə Qarayeva deyib.

O vurğulayıb ki, Azərbaycan özünün çoxvektorlu siyasəti ilə hər zaman seçilib:

“Avropadan Asiyaya materikin bir çox dövlətləri ilə dinamik əlaqələrimiz günü gündən inkişaf edir. Bu sırada Çinin adı xüsusi qeyd olunmalıdı. Elə adı keçən müsahibə də bu fikri isbatlamış olur. Hər iki dövlət bir-biri üçün çox önəmli tərəfdaşlardır. Diplomatik əlaqələrin qurulmasından 33 il keçir. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi beynəlxalq münasibətlər platforması çərçivəsində formalaşan Azərbaycan-Çin münasibətləri qarşılıqlı siyasi etimad, dinamik iqtisadi əlaqələr, perspektivlərin düzgün dəyərləndirilməsi və beynəlxalq hüququn təməl prinsiplərinə əsaslanan qarşılıqlı dəstəklə xarakterizə olunur. Rəsmi Bakı Çinlə əlaqələrin bütün sahələr üzrə genişləndirilməsində maraqlıdır”.

media-ed5b4b0d-816f-4723-a2e4-2426e9bf5928
Politoloq qeyd edib ki, Azərbaycan-Çin əlaqələri sadəcə son dövrlərin hadisəsi deyil:

“Böyük İpək yolunun tarixi qədər qədimdir. Hələ 2500 il öncə bu yol vasitəsilə xalqlarımız arasında ticari və mədəni əlaqələr mövcud olub. Çin Qafqaz, Xəzər hövzəsi və Mərkəzi Asiyadakı bir sıra qlobal layihələrə, xüsusilə TRASECA çərçivəsində reallaşdırılan Şərq-Qərb layihəsinə böyük maraq göstərir. Azərbaycanın bu regionda gücü, rolu, bölgənin sabitliyini təmin edən fiqur olması bu marağın daha da artmasına və əlaqələrin indiki tempdə inkişafına səbəb olur. Bütün sadaladığımız məqamlar birmənalı şəkildə deməyimizə əsas verir ki, Azərbaycan-Çin əlaqələri bundan sonra da yüksək dinamika ilə, konstruktiv çərçivədə inkişaf edəcək”.

Ləman Sərraf


Bənzər xəbərlər