Azərbaycan Dubayda keçiriləcək beynəlxalq turizm sərgisində iştirak edəcək
Azərbaycan aprelin 28-dən mayın 1-nə qədər Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək “ATM Dubai 2025″ beynəlxalq turizm sərgisində iştirak edəcək.
Patrulaz.az Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, artıq bununla bağlı hazırlıq işlərinə başlan ılıb.
“Ərəb Səyahət Bazarı” (ATM) son on illiklərdə səyahət və turizm sənayesi üçün aparıcı qlobal hadisəyə çevrilib. Sərgi qlobal səyahət və turizm vizionerlərini birləşdirir.