media-inshot_20260501_135532096

Yay tətili yaxınlaşdıqca bir çox insan ən yaxşı otel və uçuşların tez dolduğunu görüb gecikdiyini anlayır. Əslində isə planlamanı düzgün vaxtda başlamaq həm büdcəyə, həm də seçim imkanlarına birbaşa təsir edir.

Yay turlarını əvvəlcədən planlaşdırmağa nə vaxt başlamaq daha məqsədəuyğundur və erkən rezervasiya turistlərə hansı üstünlükləri qazandırır?

Bu barədə turizm eksperti Ceyhun Aşurov Patrul.az-a açıqlamasında bildirib ki, nə qədər erkən planlaşdırma və rezervasiya edilərsə, yay turlarında qiymətlər bir o qədər münasib olur və daha sərfəli seçim imkanı yaranır:

media-inshot_20260501_135600009

“Əlbəttə, erkən rezervasiya mövcuddur. Fevral ayından etibarən, hətta yanvarın sonundan və martın əvvəllərindən başlayaraq erkən rezervasiya etmək mümkündür. Ümumiyyətlə, nə qədər erkən planlaşdırma aparılarsa və rezervasiya nə qədər tez edilərsə, qiymətlər də bir o qədər münasib olur. Bu halda, ilkin rezervasiya sayəsində qiymətlərdə əhəmiyyətli fərqlər əldə etmək mümkündür. Ona görə də planlı səyahət hər zaman daha sərfəli qiymətlərdən yararlanmağa imkan verir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər