AZAL Bakı-Dubay uçuşlarını bərpa edir - tarix açıqlandı
Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərinə uçuşlara yenidən başlayır.
Bu barədə Patrul.az-a AZAL-dan məlumat verilib.
Qeyd edilib ki, Dubay istiqaməti üzrə reyslərə 15 maydan etibarən start verilir. Uçuşlar hər gün həyata keçiriləcək.
Biletləri AZAL-ın saytından və ya mobil tətbiqindən indi əldə etmək mümkündür.
Qeyd edək ki, fevralın 28-də Yaxın Şərqdə baş verən son hadisələr və hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL Dubay istiqaməti üzrə uçuşları dayandırmışdı.






