Tamştatlı müəllimlər sertifikasiyaya cəlb edilməyəcək
“Tamştatlı müəllimlər bir daha sertifikatlaşdırma prosesinə cəlb edilməyəcək”.
Patrul.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, mərhələli şəkildə 20 min tamştatlı müəllim vəzifəsi yaradılacaq.






