media-inshot_20260226_173759000

Azərbaycanda macəra turizmi və halal turizm xidmətlərinə dair 4 dövlət standart layihəsi qəbul edilib.

Layihələr Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təsis etdiyi “Turizm və əlaqədar xidmətlər” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 06) iclasında qəbul edilib.

Azərbaycanda halal turizm, standartlar nədir və proses necə təşkil olunur?

Mövzu ilə bağlı Patrul.az-a açıqlamasında turizm eksperti Ceyhun Aşurov bildirib ki, halal konseptdə çalışan otel və restoranlar ölkəmizdə mövcud olsa da, dövlət tərəfindən qəbul olunmuş hər hansı bir standart layihələri yox idi:

“Halal turizm xidmətlərinin təşkili, xidmətin keyfiyyəti, tələblərin müəyyən olunması və normativ bazanın gücləndirilməsinə xidmət edir. İslami qaydalara cavab verən turizm xidməti məhsullarını təqdim etmək üçün bu standartlar vacibdir. Qəbul olunmuş layihələr otel və turizm xidmətlərinin bu standartların tələblərinə uyğunlaşdırılmasına kömək edəcək”.

media-img-20260226-wa0028

Ekspert əlavə edib ki, turizm sektorunda müsəlman ölkələrindən gələn ciddi bir kütlə var:

“Bu, bir bazar seqmentidir. Bu seqmentə cavab verən məhsulların olması həmin ölkələrin turistlərinin axın etməsini daha cəlbedici hala gətirə bilər. Təbii ki, turizmin inkişafını daha əlverişli hala gətirməliyik. Bununla əlaqədar, yaxın zamanda bəzi körfəz ölkələrindən 2027-ci ilədək vizalar ləğv olundu. Bu da ölkəmizə gələn turist sayının artmasına gətirib çıxaracaq”.

Ləman Sərraf


Bənzər xəbərlər