Azərbaycan Hərbi Dəniz Qüvvələri canlı atəşlə taktiki təlimlər keçirib - VİDEO
Azərbaycan Hərbi Dəniz Qüvvələri “Dəniz enerji infrastrukturunun mühafizəsi və müdafiəsi” mövzusunda taktiki təlimlər həyata keçirib.
Patrulaz.az xəbər verir ki, Müdafiə Nazirliyi məlumat verir ki, təlimlər canlı atəş məşqlərini də əhatə edib və şəxsi heyətin taktiki hazırlığı yoxlanılıb.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, komanda qərargahına gələrək, təlimlərin hər mərhələsində tapşırıqların icrası ilə bağlı komandirlərin məruzələrini dinləyib.
Qeyd edək ki, belə təlimlər Hərbi Dəniz Qüvvələrinin peşəkarlığını artırmaq və strateji obyektlərin müdafiəsini gücləndirmək məqsədilə mütəmadi olaraq keçirilir.






