media-7dad2c9d-ea5f-4130-b48d-be44aef5c3b8

Patrul.az redaksiyasına müraciət edən izləyicimizin təqdim etdiyi videogörüntülərdə Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən 75 nömrəli tam orta məktəbin qarşısında baş verən təhlükəli yol hadisəsi əks olunub.

Görüntülərdən məlum olur ki, 10-VP-389 dövlət qeydiyyat nişanlı “Mercedes-Benz” markalı avtomobilin sürücüsü küçəyə uyğun olmayan yüksək sürətlə hərəkət edərək döngəyə daxil olur. Sürücü əyləcdən istifadə etsə də, avtomobil sürüşərək yolun kənarında dayanan velosipedi vurub yerə yıxır.

Videodan aydın görünür ki, hadisə zamanı ərazidə çoxlu sayda uşaq olub. Bütün bunlar məktəb ətrafında sürət həddinə əməl edilməməsinin necə ağır nəticələrə səbəb ola biləcəyini bir daha göstərir.

Ən düşündürücü məqam isə budur: Əgər həmin velosipedin yerində bir uşaq olsaydı, nəticə necə olardı? Bu sual hər bir sürücünü düşündürməlidir. Məktəb ətrafında bu cür məsuliyyətsiz və təhlükəli idarəetmə heç bir halda qəbulolunan deyil.

Patrul.az olaraq aidiyyəti qurumlardan görüntülərin araşdırılmasını, sürücünün hərəkətlərinə hüquqi qiymət verilməsini və məktəb ətrafında yol hərəkəti təhlükəsizliyinə daha ciddi nəzarət olunmasını xahiş edirik. Çünki bir anlıq səhlənkarlıq geri dönüşü olmayan faciələrə səbəb ola bilər.


Bənzər xəbərlər