media-img_0640

“Bildiyiniz kimi, 30 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər naziri cənab Ceyhun Bayramov və Küveyt Dövlətinin xarici işlər naziri cənab Abdullah Əli Əl-Yəhyanın sədrliyi ilə Azərbaycan–Küveyt Əməkdaşlıq üzrə Birgə Komissiyanın üçüncü iclası keçirilmişdir”.

Bu fikirləri Patrulaz.az-a açıqlamasında Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov deyib.

O vurğulayıb ki, iclasın əsas məqsədi iki ölkə arasında münasibətlərin bütün istiqamətlər üzrə daha da gücləndirilməsindən ibarət idi:

“Komissiyanın fəaliyyəti qarşılıqlı hörmət, ortaq maraqlar və birgə iş prinsiplərinə əsaslanır. Görüşdə ticarət, enerji, neft və qaz, bərpa olunan enerji layihələri, kənd təsərrüfatı, investisiya və turizm kimi bir çox sahələrdə əməkdaşlığın genişləndirilməsi niyyəti ifadə olundu.

Həmçinin, ticarət mübadiləsinin asanlaşdırılması məqsədilə logistika xidmətlərinin təkmilləşdirilməsi məsələsi üzrə də ortaq razılıq əldə olundu”.

media-fa89a8f7-aef6-4682-b9ce-413fcf6bcb95

Millət vəkili əlavə edib ki, Küveyt tərəfi COP29-a ev sahibliyi münasibətilə Azərbaycanı təbrik etdi və bu beynəlxalq tədbirin ölkəmizdə keçirilməsini Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi kimi dəyərləndirdi:

“Vurğulamaq istərdim ki, Azərbaycan ilə Küveyt arasında beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək ənənəvi xarakter daşıyır.

İclasın sonunda protokol və növbəti iki il üçün birgə yol xəritəsi imzalandı. Komissiyanın fəaliyyəti, şübhəsiz ki, qeyd olunan sahələr üzrə əməkdaşlığın gücləndirilməsi üçün mühüm bir fürsətdir”.

Ləman Sərraf


Bənzər xəbərlər