“Azərbaycan ilə Qazaxıstan arasındakı münasibətlər daim yüksələn xətt üzərində inkişaf edib“ - ŞƏRH
“Azərbaycan ilə Qazaxıstan arasındakı münasibətlər daim yüksələn xətt üzərində inkişaf edib. Dövlətlərarası münasibətlərin günü-gündən dərinləşməsi, eyni zamanda da xalqlarımız arasında da tarixi bağlılıq əlbəttə ki, bu gün ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etməsinə və yeni mərhələyə gəlib çıxmasına rəvac verir.”
Bu sözləri Patrulaz.az-a açıqlamasında siyasi ekspert Sahil Kərimli deyib.

O bildirib ki, Qazaxıstan türk dünyasının aparıcı ölkələrindən biridir: “Qazaxıstan ilə Azərbaycan arasında siyasi, paralel olaraq mədəni və iqtisadi əlaqələr hər ötən gün daha da inkişaf edir. Daha çox iqtisadi sahədə idxal və ixrac əməliyyatları qarşlılıqlı investisiyaların qoyuluşu, iqtisadiyyata sərmayələrin yatırılması və digər məsələlər xüsusi vurğulanmalıdır. Qazaxıstanın Azərbaycanın işğal olunmuş ərazilərində müəyyən layihələr icra etməsi, bu istiqamətdə Azərbaycana öz dəstəyini verməsi də yüksək qiymətləndirilir. Bir neçə ay bundan əvvəl Azərbaycan təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğrayanda Qazaxıstan öz köməyini əsirgəmədi. Təyyarə qəzası baş verdiyi ilk dəqiqələrdə Qazaxıstanın hüquq-mühafizə orqanları xilasetmə tədbirləri ilə məşğul oldula, öz dəstəklərini əsirgəmədilər”.






