media-inshot_20260205_205210332

“Uzun illər Azərbaycana qarşı müharibə cinayəti törətmiş terrorçu separatçılara nəhayət hökm oxundu. Beləliklə, Azərbaycan həm öz ərazi bütövlüyünü və tam suverenliyini bərpa etməklə, həm də xalqımıza qarşı insanlıq əleyhinə, müharibə cinayətləri törətməkdə ittiham olunan şəxsləri ədalət mühakiməsi qarşısına çıxarmaqla ədalətin bərpasına nail oldu. Bu şəxslər 1989-cu ildən 2023-cü il sentyabrın 20-dək Azərbaycana qarşı müxtəlif cinayət əməlləri törədiblər”.

Bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva Patrul.az-a ömürlük məhkumluq hökmü oxunan erməni separatçılar barədə açıqlamasında səsləndirib.

O xatırladıb ki, cənab Prezident hələ müharibədən əvvəl Xocalı soyqırımını, digər cinayətləri törədən şəxslərin mütləq ədalət mühakiməsinə cəlb olunacaqlarını, layiqli cəzalarını alacaqlarını və günahsız qurbanların qanının yerdə qalmayacağını bəyan etmişdi:

“Azərbaycan öz gücü və qətiyyəti hesabına vətəndaşlarına münasibətdə də ədaləti təmin etdi.

Bu illər ərzində ölkəmizə qarşı çoxsaylı təzyiqlər var idi və qərəzli dairələr israrla “insan hüquqlarının müdafiəsi” adı altında rəsmi Bakıya təzyiq göstərir, müharibə canilərini müdafiə etməyə çalışrıdılar. Lakin bu təzyiqlərin heç biri cənab Prezidentin bu sahədə qəti mövqeyinə təsir göstərmədi.

Qondrma “Dağlıq Qarabağ Respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycan Respublikasına qarşı törədilmiş qanunsuz əməllərinə dair cinayət işi şəffaf və açıq şəkildə aparıldı. Bu şəxslərin müharibə cinayəti törətməsinə dair faktlar və sübutlar dünya ictimaiyyətinə təqdim olundu.

Onlar Azərbaycan dövlətinə qarşı terrorçuluq başda olmaqla işgəncə, müharibə qanunlarını və adətlərini, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, qəsdən adam öldürmə, qanunsuz sahibkarlıq kimi müxtəlif hərbi cinayətlər törədiblər. Beynəlxalq təcrübədə də bu cür müharibə caniləri ədalət mühakiməsi qarşısında cavab verib və layiqli cəzalarını alıblar. Azərbaycan dövləti də bəyan etmişdi ki, işğalın bitməsi ilə bu canilərin məsələsi bitmir. Onlar törətdikləri cinayətlərə görə cavab verməli olacaqlar və mütləq məsuliyyətə cəlb ediləcəklər”.media-img-20260205-wa0103

Millət vəkili əlavə edib ki, məhkəmə prosesində verilən ifadələr, faktlar Ermənistan hakimiyyətinin Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərdə rol oynadığı və buna görə Ermənistan dövlətinin məsuliyyət daşıdığı da öz təsdiqini tapdı:

“Məhkəmə prosesindən də aydın oldu ki, Ermənistan işğalçılıq siyasətini ört-basdır etmək üçün qondarma rejim yaradıb. Qondarma rejimin rəhbər şəxsləri isə Ermənistanın işğal siyasətinin Qarabağda əsas icarçılarından idilər.

Beləliklə, insanlıq əleyhinə və müharibə cinayətləri törətmiş şəxslərin ədalət mühakiməsinə cəlb etmək, buna nail olmağın özü ədalətin təntənəsindir”.

Ləman Sərraf


Bənzər xəbərlər