media-inshot_20260220_212739979

Azərbaycan Ukraynaya 31 generator və 2 avtomatik ehtiyat qoşulma sistemindən ibarət növbəti humanitar yardım partiyası göndərib.

Patrul.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev sosial şəbəkə hesabında məlumat paylaşıb.

Bildirilib ki, avadanlıq Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətinin bölmələrinə, Rusiyanın hücumlarından zərər çəkmiş xəstəxana və bölgələrə təhvil veriləcək.

Səfir qeyd edib ki, bu gün Milli Məclisin deputatı, Ukrayna ilə parlamentlərarası dostluq qrupunun sədri Əlibala Məhərrəmzadə ilə görüşüb:

“Görüş zamanı Azərbaycana və bu vacib və son dərəcə zəruri təşəbbüsdə iştirak edən hər kəsə minnətdarlığımı bildirdim. Yardım biganə olmayan Azərbaycan şirkətlərinin və vətəndaşlarının dəstəyi sayəsində mümkün olub”.

media-1771606688_5819835064844488120 media-1771606667_5244462902067010101


Bənzər xəbərlər