"Azərbaycan üzərindən Ermənistana buğda tədarükü davam edir" - Gevorq Papoyan
“Dəmir yolu ilə Azərbaycan üzərindən Ermənistana buğda tədarükü davam edir”.
Patrul.az “Armenpress”ə istinadla xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan parlamentdə jurnalistlərə açıqlayıb.
Nazirin sözlərinə görə, tranzit davam edir və yeni göndərişlər artıq yoldadır:
“Onlar davam edir və yeni qruplar yoldadır”, – deyə Papoyan bildirib.
Rəsmi məlumatlara görə, 6 noyabr 2025-ci ildə Rusiya buğdası Azərbaycan üzərindən Ermənistana çatdırılıb. Təxminən 1000 ton buğda dəmir yolu vasitəsilə daşınıb. Bunun ardınca 8 noyabrda 1000 ton Qazaxıstan buğdası da eyni marşrutla Ermənistana göndərilib.
Xatırladaq ki, Prezident lham Əliyev öz ərazisindən Ermənistana malların tranzitinə qoyulan bütün məhdudiyyətləri ləğv etmişdi. Ermənistanın Baş naziri Nikol Paşinyan da buna müsbət yanaşaraq, ölkəsinin Azərbaycan üzərindən tranzit üçün məhdudiyyətləri aradan qaldırdığını açıqlamışdı.
Həmçinin, Rusiya Nəqliyyat Nazirliyi noyabrın 6-da bildirib ki, 2026-cı ilin yanvar ayının sonuna qədər Azərbaycan ərazisindən Ermənistana daha 132 vaqon buğda göndəriləcək.
Gülbəniz Səfərova






