Azərbaycan və Ermənistan XİN müavinləri Cenevrədə görüşdü - FOTOLAR
Azərbaycan və Ermənistanın Xarici işlər nazirlərinin müavinləri Elnur Məmmədov və Robert Abisoğomonyan Cenevrədə keçirilən BMT İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində görüşüblər.
Patrul.az XİN-ə əsasən xəbər verir ki, görüş daha yüksək siyasi səviyyədə aparılmış təmasların davamı olaraq baş tutub.
Görüş zamanı tərəflər çoxtərəfli platformalar və beynəlxalq təşkilatlar çərçivəsində mümkün etimad quruculuğu tədbirlərini müzakirə ediblər.
Qeyd edək ki, görüş İsveçrənin Cenevrə şəhərində təşkil olunub və regional məsələlər üzrə təmasların davam etdirilməsi baxımından əhəmiyyətli qiymətləndirilir.







