media-inshot_20260406_123401369

Xəbər verildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstana rəsmi səfər edib.

Patrul.az xəbər verir ki, səfər çərçivəsində dövlət başçısının Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə təkbətək görüşü baş tutub.

Gürcüstan Prezident Administrasiyasının yaydığı məlumata görə, görüşdə iki ölkə arasında mövcud yüksək səviyyəli strateji tərəfdaşlıq münasibətləri və müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər dəyişən geosiyasi proseslər fonunda regionda sabitliyin və sülhün qorunmasının strateji əhəmiyyətini vurğulayıblar.

Prezident Mixeil Kavelaşvili Azərbaycanla çoxşaxəli əlaqələrin inkişaf etdirilməsinin Gürcüstanın xarici siyasətində prioritet istiqamət olduğunu qeyd edib. O, ölkəsinin ərazi bütövlüyü və suverenliyinə verdiyi davamlı dəstəyə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Eyni zamanda, Gürcüstan lideri həmçinin Əliyevə Gürcüstanın Bakıdakı səfirliyini ziyarət etdiyinə və Müqəddəsləri – bütün Gürcüstanın Katolikos-Patriarxı II İlyanın vəfatı ilə əlaqədar səmimi başsağlığı verdiyinə görə təşəkkürünü bildirib.

Görüşün yekununda Prezident İlham Əliyev fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.


Bənzər xəbərlər