media-whatsapp-image-2026-07-02-at-15-11-07

Ermənistan Milli Məclisinin sədri Alen Simonyan yeni formalaşacaq parlamentdə deputat mandatı qəbul etməyəcəyini açıqlayıb.

Patrul.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə parlament spikeri jurnalistlər üçün keçirdiyi brifinqdə məlumat verib.

A.Simonyan qeyd edib ki, onun gələcək fəaliyyəti hakim partiyanın qərarından asılıdır:

“Parlamentdə işləməyə davam etmək istədiyimi bildirmişdim, amma əvvəl də dediyim kimi, hər şey partiyanın idarə heyətinin qərarından asılı olacaq. Mən idarə heyətinin qərarına tabe oluram və Milli Məclisin spikeri vəzifəsini tutmayacağam”.

O, parlament fəaliyyətinə tamamilə son qoyduğunu və bu qərarı ölkə rəhbərliyi ilə razılaşdırdığını diqqətə çatdırıb:

“Mən deputat mandatı qəbul etməyəcəyəm və Milli Məclisdə deputat kimi iştirak etməyəcəyəm – bu barədə Baş nazirlə danışmışam. Bir az dincəlmək istəyirəm. Müharibədən sonrakı parlamentdə ötən beş il ərzində iş çox çətin keçdi. Nəhayət, şəxsi həyatımı qaydaya salmaq istəyirəm və düşünürəm ki, mənim üçün darıxacaqsınız”.

Spiker, həmçinin mətbuatda onun Ermənistanın növbəti prezidenti olacağı barədə yayılan məlumatlara da münasibət bildirib. O, bu iddiaları qətiyyətlə təkzib edərək “cəfəngiyat” adlandırıb.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın bir sıra aparıcı mətbu orqanlarında Alen Simonyanın ölkənin yeni prezidenti postuna gətiriləcəyi barədə iddialar yer almışdı.

Gülbəniz Səfərova


Bənzər xəbərlər