“Azərbaycan və Türkiyə beynəlxalq birliklərdə eyni mövqedən çıxış edirlər” - DEPUTAT
“Azərbaycan və Türkiyə beynəlxalq birliklər çərçivəsində daim birgə və koordinasiyalı şəkildə hərəkət edirlər. Onlar qarşılıqlı surətdə bir-birilərinin maraqlarını qorumağa çalışır, həm iki ölkəni, həm də ümumilikdə Türk dünyasını maraqlandıran məsələləri birgə müzakirə edirlər”.
Bu fikirləri Patrul.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə səsləndirib.
Millət vəkili bildirib ki, qardaşlıq münasibətləri fonunda keçirilən görüşlər zamanı həm ikitərəfli əlaqələr, həm də beynəlxalq təşkilatlar daxilində gedən proseslər ətraflı şəkildə müzakirə olunur:

“Azərbaycan və Türkiyə beynəlxalq birliklərdə demək olar ki, bütün məsələlərdə eyni mövqedən çıxış edirlər.
Bu cür görüşlər isə ölkələrimizin mövqelərinin daha da yaxınlaşmasına, fikir ayrılıqlarının aradan qaldırılmasına və nəticə etibarilə daha səmərəli və məqsədyönlü birgə fəaliyyətin təmin olunmasına şərait yaradır”.
Ləman Sərraf






