media-img_1614

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” müəyyənləşərkən işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış 5 əsas hədəfimizdən biri kimi müəyyən olunub. Möhtərəm Prezidentin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiqlənən prioritetlərdə də ifadə olunduğu kimi, işğaldan azad olunmuş ərazilərə qayıdışın uğurla reallaşdırılması üçün dayanıqlı məskunlaşma və həmin ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası çox vacibdir”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

“Dövlət başçısı haqlı olaraq hesab edirdi ki, işğaldan azad edilmiş bölgələrdə əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi üçün ilk növbədə həmin ərazilər cəmiyyətin ən sağlam, müasir və abad yaşayış mühitinə çevrilməli, hərtərəfli, təhlükəsiz və əlverişli həyat şəraiti yaradılmalıdır. Dövlət başçısının Qarabağ və Şərqi Zəngəzura 2 gün öncə baş tutmuş səfəri məhz bu çərçivədə reallaşan, işğaldan azad olunmuş ərazilərdə layiqli yaşayışın təmin edilməsi, müasir infrastrukturun qurulması, rahat həyat tərzi və müasir xidmətlərə əlçatanlığın olması istiqamətində dövlətin sarsılmaz iradəsinin nümayişidir”,- deyə o əlavə edib.

media-17933cc6-a9f6-44b8-b0a7-3055b64e89da
Millət vəkili bildirib ki, nəticədə, bu gün Qarabağ və Şərqi Zəngəzur özünün yeni dövrünə qədəm qoyub və İkinci Qarabağ müharibəsindən keçən 4 il yarım ərzində azad edilmiş bütün torpaqlarda geniş quruculuq-bərpa işləri dövlətin niyyəti ilə praktik addımların bir-birini tamamladığını göstərir:

“Ağdamın Kəngərli kəndində köçən sakinlərlə görüşdə dövlət başçısının da ifadə etdiyi kimi, artıq Azərbaycan vətəndaşı hər bir qarış torpağının sahibidir, hər yerdə yaşayıb və yaşayacaq. Sürətli bərpa işləri də onu göstərir ki, tezliklə bütün keçmiş köçkünlər öz torpaqlarına qayıdacaqlar”.

Ləman Sərraf


Bənzər xəbərlər