media-inshot_20250827_140448722

Bu ilin ilk 7 ayında ölkəmizə 34 mindən çox Çin vətəndaşı səfər edib ki, bu da 56 faiz artım deməkdir.

Patrulaz.az xəbər verir ki, bunu bu gün Bakıda keçirilən “China Ready” proqramının təqdimat mərasimində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

“2024-cü ildə Azərbaycana gələn Çin vətəndaşlarının sayı 2023-cü illə müqayisədə 93 faiz artaraq 44,8 min nəfər təşkil edib. Bu gün biz çinli turistlərin ölkəmizdə daha rahat qalmalarını təmin etmək üçün hazırlıq səviyyəsini yüksəltməyə yönəlmiş “China Ready” konsepsiyasını təqdim edirik. “China Ready” proqramı beynəlxalq səviyyədə tanınmış təlim və sertifikatlaşdırma sistemidir. 2002-ci ildə yaradılan bu proqram Çin turizm bazarında rəqabət qabiliyyətini artırmaq istəyən ölkələr və təşkilatlar üçün nümunəvi model olaraq qalır ki, turizm sənayesi nümayəndələri çinli qonaqları qəbul etməyə tam hazır olsunlar”.

F.Nağıyev vurğulayıb ki, layihə çərçivəsində turizm sənayesinin nümayəndələri, o cümlədən mehmanxana işçiləri, nəqliyyat xidmətləri, bələdçilər və hava limanının işçiləri üçün treninqlər təşkil olunacaq.


Bənzər xəbərlər