media-photo-output

“Azərbaycana gələn turistlərin 80 faizindən çoxu Bakı şəhərinə üstünlük verirlər. Bu o deməkdir ki, ölkəyə gələn hər 100 turistdən cəmi 20-si Bakıdan kənara, rayonlara gedir”.

Patrulaz.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb. 

Bayramov qeyd edib ki, xarici turist cəlb etməkdə paytaxt hotellərində yenə də uduzurlar: “Paytaxtın infrastrukturunu nəzərə aldıqda bu, normal qarşılansa da, regional gecələmə sayında fərqin böyük olması diqqəti çəkir. Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmirlər və bu da xarici turist cəlbində çətinlik yaradır.Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır. Keyfiyyət isə hələ də standartlardan geri qalır. Bu isə ondan xəbər verir ki, bölgələrin turizm potensialının artırılması və daha çox turistlərin cəlb edilməsi üçün sistemli tədbirlərin, eləcə də bu istiqamətdə dövlət dəstəyinin gücləndirilməsinə ehtiyac var”. 

 


Bənzər xəbərlər