Azərbaycana turist axını azalıb
Bu ilin I yarısında Azərbaycana 178 ölkədən 1 milyon 217,4 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Patrulaz.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gələnlərin 25,8 %-i Rusiya, 17,6 %-i Türkiyə, 9,4 %-i Hindistan, 8,2 %-i İran, 4,2 %-i Gürcüstan, 3,7 %-i Qazaxıstan, 3,2 %-i Səudiyyə Ərəbistanı, 2,9 %-i Pakistan, 2,1 %-i Çin, hər birindən 1,9 % olmaqla İsrail və Özbəkistan, 1,8 %-i Birləşmiş Ərəb Əmirlikləri, 1,4 %-i Ukrayna, 1,3 %-i Türkmənistan, hər birindən 1 % olmaqla Belarus və Küveyt, 12,6 %-i digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 67,9 %-ni kişilər, 32,1 %-ni qadınlar təşkil edib.
1 il əvvələ nisbətən İsraildən gələnlərin sayı 1,9 dəfə, Tacikistandan – 1,8 dəfə, Çindən – 1,6 dəfə, Yaponiyadan – 44,3 %, Qırğızıstandan – 40,5 %, İordaniyadan – 20,7 %, Niderlanddan – 19,1 %, Qazaxıstandan – 18,3 %, ABŞ-dan – 17,7 %, Pakistandan – 16,7 %, Kanadadan – 16,0 %, İtaliyadan – 13,2 %, Cənubi Koreyadan – 13 %, Almaniyadan – 11,1 %, Özbəkistandan – 10,3 % artıb.
Son 1 ildə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,4 % artaraq 49,7 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 7 % azalaraq 186,0 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 7,3 % azalaraq 422,9 min nəfər olub, digər ölkələrdən gələnlərin sayı isə 5,8 % artaraq 558,8 min nəfər təşkil edib.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 74,3 %-i hava, 24,3 %-i dəmir yolu və avtomobil, 1,4 %-i isə dəniz nəqliyyatından istifadə edib.






