media-photo-output

Yanvar ayından etibarən Azərbaycanda 4 günlük iş rejiminə keçid məsələsi yenidən gündəmə gəlib. Qeyd etmək lazımdır ki, bu tip iş rejimi artıq bir sıra inkişaf etmiş ölkələrdə sınaqdan keçirilib və bəzi sahələrdə məhsuldarlığı artırmaqla yanaşı, işçilərin rifahını da yaxşılaşdırıb.

Bəs ölkəmizin iqtisadi strukturu, əmək bazarının mövcud vəziyyəti və işçilərin məhsuldarlıq göstəriciləri belə bir keçidə imkan verirmi?

Bu barədə iqtisadçı Pərviz Heydərov Patrul.az-a açıqlamasında bildirib ki, biz hələ ölkə üzrə 4 günlük iş rejiminə keçməyə tam hazır deyilik, yalnız ayrı-ayrı sahibkarlıq strukturlarında bu mümkündür.

“Xeyr, biz hələ buna tam hazır deyilik. Yəni müəyyən özəl sahələrdə və ayrı-ayrı sahibkarlıq strukturlarında belə bir iş rejiminə keçmək mümkündür, amma bütövlükdə ölkə üzrə 4 günlük iş rejiminə keçidlə bağlı müvafiq qərar verməyə hazır deyilik. Bu, inkişaf etmiş ölkələrin özündə də hələ tam tətbiq olunmayıb. Ona görə də, ölkə səviyyəsində struktur imkanları və digər şərtlər nəzərə alınsa belə, indi biz buna tam hazır olduğumuzu deyə bilmərik. Amma ayrı-ayrı sahibkar strukturları üzrə bu addım atıla bilər”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər