Azərbaycanda ana övladını avtomobildə dünyaya gətirdi - VİDEO
Zərdabda qeyri-adi doğuş hadisəsi baş verib.
Patrulaz.az sosial şəbəkələrdə yayılan görüntüyə əsasən xəbər verir ki, sancıları başlayan hamilə qadın təcili olaraq ailə üzvləri tərəfindən xəstəxanaya aparılsa da, o, vəziyyətin gərginliyindən uşağını avtomobildə dünyaya gətirməli olub.
Yayılan kadrlarda avtomobildə doğuş prosesi zamanı ailə üzvləri yanında olan anaya həkimlər də köməklik göstəriblər.
Uşaq dünyaya gəldikdən dərhal sonra təcili olaraq xəstəxanaya aparılıb.






