media-inshot_20251001_105242097

Azərbaycanda maraq doğuran qeyri-adi evlilik təklifi baş tutub.

Patrulaz.az sosial şəbəkələrdə yayılan görüntüyə əsasən xəbər verir ki, kafelərin birində xanım sevgilisinə üzük təqdim edərək evlənmə təklifi edib.

Üzüyü görən gənc oğlan əvvəlcə təəccüblənib, daha sonra isə bunu böyük sevinclə qarşılayıb. Sevindirici məqam isə odur ki, o, evlilik təklifini qəbul edib.

Hadisə iştirakçılar və ətrafdakı insanlar tərəfindən təəccüblə qarşılanıb.

Daha sonra cütlük qarşılıqlı olaraq üzükləri bir-birinə taxıb və bu sevindirici anı qeyd ediblər.

Qeyd edək ki, dünyada evlilik təkliflərinin 90%-ni kişilər edir. Bu səbəbdən qadınların evlilik təklifi etməsi nadir hal sayılır və sosial mediada geniş müzakirələrə səbəb olur.

Gülbəniz Səfərova


Bənzər xəbərlər