Azərbaycanda ən stressli 5 PEŞƏ
Stress demək olar ki, hər bir işdə var. Amma elə peşələr var ki, onların sahibləri hər gün fiziki yorğunluqla yanaşı, psixoloji təzyiqlə də üz-üzə qalırlar.
Patrulaz.az araşdırması üzrə insanları ən çox stressə salan peşələrin siyahısını təqdim edir:
Həkimlər və tibb işçiləri
Bir insanın həyatını xilas etmək üçün saniyələr içində qərar vermək… Bu, həkimlərin gündəlik reallığıdır. Uzun növbətçiliklər, emosional yüklənmə və məsuliyyət onların işini ən stressli sahələrdən birinə çevirir. Hər gün onlarla fərqli xüsusiyyətlərə sahib xəstələrlə məşğul olmaq, onların qeydinə qalmaq asan iş deyil. Hipokrat andı içən həkimlərin peşəsi sözün əsl mənasında ciddi, risqli və həssasdır.
Polis və hərbçilər
Hər gün təhlükə ilə üz-üzə qalmaq, fövqəladə hallarda düzgün addım atmaq məcburiyyəti bu peşələrin əsas çətinliyidir. Yüksək risk, yüksək məsuliyyət deməkdir. Bu peşədə məsuliyyətsizliyə yol verilmir. Müxfəlif hadisələrlə qarşılaşmaq, hər an təhlükəsizliyini qorumaq psixoloji olaraq həm polislərə, həm də hərbiçilərə böyük təsirlər göstərir.
Müəllimlər
Onlar yalnız dərs keçmirlər, həm də uşaqların xarakterinə təsir edirlər. Şagirdlər, valideynlər, təhsil tələbləri… Müəllimlər üçün stress qaçılmazdır. Müəllimlik peşəsi aliliyinə görə, digər ixtisaslardan fərqlənir. Buna görə də, hər adam bu statusu daşıya bilmir. Ona görə ki, müəllimlərin davranışı cəmiyyətə, gələcək nəsillərin tərbiyəsinə nümunəvi örnək sayılır.
Pilotlar və hava dispetçerləri
Yüzlərlə sərnişinin təhlükəsizliyi onların əlindədir. Bu peşəyə sahib insanların səhv etmək kimi şansı yoxdur. Daima diqqətli olmaq və yüksək məsuliyyət daşımaq bu peşəni son dərəcə stressli edir.
Jurnalistlər
Sürətli informasiya axını, zamanla yarışmaq və hadisələrin mərkəzində olmaq jurnalistləri istəmsizcə də olsa yorur. Jurnalistikanın cazibəsi çoxdur, amma gərginliyi də bir o qədərdir. Jurnalistləri ən çox stressə salan xəbərin sürətlə ictimaiyyətə çatdırılmasıdır. Xalqın səsi, o cümlədən dövlət ilə cəmiyyət arasında körpü olan bu peşənin nümayəndələrinin ağzından çıxan hər bir söz, hər bir cümlə böyük əhəmiyyət kəsb edir.
Yanğınsöndürənlər, sürücülər, bank əməkdaşları, hüquqşünaslar və hətta IT mütəxəssisləri də yüksək stress altında çalışanlar sırasındadır.
Uzunmüddətli stress ürək-damar xəstəlikləri, yuxu problemləri və depressiya riskini artırır. Buna görə də balansı qorumaq, idman, meditasiya və ya sadəcə istirahət vasitəsilə gərginliyi azaltmaq vacibdir.






