Azərbaycanda iribuynuzlu heyvanlar arasında yayılan dabaq xəstəliyi səbəbilə ətin satışına qadağa qoyula bilərmi? - AKTA-dan CAVAB
Son aylarda Azərbaycanın bir sıra rayonlarında iribuynuzlu mal-qarada dabaq (ağız və dırnaq) xəstəliyi müşahidə olunur. Xəstəliyin yayılması cəmiyyətimizdə bir çox narahatlıqların da yaranmasına səbəb olub. Bunlardan biri də dabaq xəstəliyinə görə, ət satışının dayandırılması, və yaxud da bazarlarındakı ət ticarətində məhdudiyyətlərin tətbiqi barədə iddiaların səsləndirilməsidir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məsələyə aydınlıq gətirib.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri İlkin Kərimov Patrulaz.az –ın sorğusuna cavab olaraq bildirib ki, ət satışı əvvəlki qaydada davam edəcək, məhdudiyyət isə yalnız ayın 25-dən heyvan bazarlarına şamil olunur:
“Ət satışına qadağa qoyulması müzakirə mövzusu deyil. Belə bir məsələ mövcud deyil. Məhdudiyyət yalnız heyvan bazarlarında tətbiq olunacaq, o da ayın 25-dən etibarən. Bunun ət satışına heç bir təsiri yoxdur. Heyvan satışı və ət bazarları əvvəlki qaydada fəaliyyətini davam etdirir, kəsimxanalar da normal şəkildə işləyir”.
Cəmilə Cəfərzadə






