media-uzatilmis-el-ile-olu-yatan-kisi

Mingəçevir şəhərində hoteldə baş verən ölüm hadisəsinin təfərrüatı məlum olub.

Patrulaz.az “Oxu.az”a istinadla xəbər verir ki, Mingəçevir Avtovağzalının hotelində mərhum Coşqun Rəhimovun daimi istirahəti üçün bir otaq ayrılıbmış.

İlkin məlumata görə, o, vəfat etdiyi zaman otaqda tək olub. İcraçı direktorun ürək çatışmazlığından əziyyət çəkdiyi, vaxtaşırı ağrılarının olduğu bildirilir. Ölümündən az əvvəl yenidən ağrılarının başladığı, kömək çağırmaq istədiyi, lakin buna gücü çatmadığı ehtimal olunur.

Məlumata əsasən, o, əlində telefon otaqdan çıxış qapısına doğru hərəkət edib, lakin qapını açmağa cəhd göstərərkən yerə yıxılaraq həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.


Bənzər xəbərlər