media-inshot_20260410_175747382

2026-cı ilin hazırlıq planına əsasən, Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyası tərəfindən Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) “N” hərbi hissəsində inspeksiya yoxlaması keçirilib.

Patrul.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yoxlamaların növbəti mərhələlərində hərbi hissədə qərargah fəaliyyəti, döyüş hazırlığı və maddi-texniki təminatın vəziyyəti yoxlanılıb.

Xüsusi təyinatlı taborlar həyəcan siqnalı ilə qaldırılaraq, müvafiq döyüş tapşırığına uyğun ərazidə onların taktiki fəaliyyətləri, səhra vərdişləri və operativ hazırlıq səviyyələri yoxlanılıb.

Döyüş hazırlığı tədbirlərinin daha səmərəli təşkili, hərbi qulluqçuların peşəkarlığının artırılması və xidmətin müasir dövrün tələblərinə uyğun aparılması istiqamətində aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.

media-1775827942_2 media-1775827938_3 media-1775827936_4 media-1775827924_5 media-1775827913_6 media-1775827970_7 media-1775827917_8 media-1775827908_9


Bənzər xəbərlər