media-inshot_20260224_232634941

Bu gün Tehranda İran Prezidenti Məsud Pezeşkianla Ermənistanın müdafiə naziri Suren Papikyan arasında görüş keçirilib.

Patrul.az xəbər verir ki, görüş zamanı müdafiə sahəsində əməkdaşlıq da daxil olmaqla, müxtəlif istiqamətlər üzrə əməkdaşlıq, eləcə də beynəlxalq və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Məsud Pezeşkian Ermənistanla iqtisadi əməkdaşlığın və nəqliyyat dəhlizlərinin gücləndirilməsinin Tehranın gündəliyində prioritet məsələlərdən biri olduğunu vurğulayıb. İran Prezidenti, həmçinin Ermənistan ilə Azərbaycan Respublikası arasında sülh müqaviləsi istiqamətində atılan addımlardan məmnunluğunu ifadə edərək, bu prosesi regional təhlükəsizliyin möhkəmləndirilməsi və əməkdaşlığın inkişafı baxımından müsbət qiymətləndirib.

Dövlət başçısı bildirib ki, Azərbaycanla Ermənistan arasında sülhün təmin olunması regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək.

“Azərbaycanla Ermənistan arasında sülh regional təhlükəsizliyi möhkəmləndirəcək. Bizim qəti siyasətimiz regionda davamlı sülhü, sabitliyi və təhlükəsizliyi dəstəkləməkdir. Heç bir şəkildə gərginlikdə maraqlı deyilik, çünki istənilən qeyri-sabitlik regiondakı bütün ölkələrin ziyanına olacaq”, – deyə Məsud Pezeşkian qeyd edib.

media-85ae92bezjo2mdgzmdkuanbnfgz1ato1otg4mtl8bdpmyxx2oje


Bənzər xəbərlər