media-df9a4fcd-8fc3-41ec-aa2b-58d24364d769

Ölkəmizin milli-mənəvi dəyərlərinə xüsusi həssaslıqla yanaşan “Azərsun Holdinq” bu dəfə  milli irsin təbliği, xalq oyunlarının yaşadılması və gələcək nəsillərə ötürülməsi məqsədi daşıyan “Milli Xalq Oyunları” Festivalının təşkil edilməsinə dəstək verib.

“Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilən layihədə qədim xalq oyunları nümunələrindən olan çiləmə, dəyirman, fincan-fincan, iç-çöl, həmçinin bənövşə, gözbağlıcı, qodu-qodu, əl üstə kimi oyunları, milli rəqs master-klassı və  digər idman oyunları keçirilib.

Gənc rəssamlar 3 fərqli rəsm guşəsində öz rəsmlərini nümayiş etdiriblər.

Elm və Təhsil Nazirliyinin elan etdiyi  “Məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil” layihəsində məqsəd təhsilalanların və təhsilverənlərin yaradıcı, sosial və mədəni bacarıqlarını inkişaf etdirmək, milli-mənəvi dəyərlərin məktəbdənkənar fəaliyyətlər vasitəsilə təbliğini təmin etmək, bu istiqamətdə interaktiv və tətbiqyönümlü təhsil mühiti formalaşdırmağa nail olmaq  məqsədi ilə keçirilən layihədə Bakı, Ağdam, Xankəndi və Mingəçevir şəhərlərinin hər birindən 2 məktəb iştirak edib.

Qeyd edək ki, mütəmadi olaraq Korporativ Sosial Məsuliyyət layihələr həyata keçirən “Azərsun Holdinq” 2026-cı il ərzində Azərbaycan dilinə dəstək istiqamətini prioritet elan edib və bu istiqamətdə müxtəlif müsabiqə və layihələr reallaşdırır.

media-e43f1dd4-c020-49dc-a742-09076fb5f258 media-ce788f73-592a-4827-a736-3eb46f097629 media-9794483f-4f0c-4f67-a391-5c5b73628e3c media-df6346bf-2285-4723-a3ca-9f68eb0654f8 media-d850b78f-d71a-4cb4-b790-536f6f594dc6


Bənzər xəbərlər