media-inshot_20260510_125441374

“Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Tahir Gözel və Şirkətlər Qrupunun rəhbər heyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Fəxri Xiyabanı ziyarət ediblər.

Patrul.az xəbər verir ki, ziyarət zamanı çıxış edən Tahir Gözel bildirib ki, müasir və müstəqil Azərbaycanın formalaşmasında Heydər Əliyevin müstəsna xidmətləri olub.

Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq arenada öz layiqli mövqeyini qazanaraq dünya dövlətləri sırasında nüfuzunu daha da möhkəmləndirib.

Ümummilli Liderin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı önünə əklil və gül dəstələri düzülüb.

Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın və tanınmış dövlət xadimi Əziz Əliyevin xatirəsi də ehtiramla yad olunub. (Qafqazinfo)

media-57eead76-2b47-4edc-9f04-50bc4bf75ad7 media-315af6c2-177a-4ce7-afa6-4ad575396232 media-83c63e6f-98bb-48b3-adb6-d7528788275b media-7f612f9a-f80c-44cc-ae87-3b251e5f2787


Bənzər xəbərlər