media-img_4283

Bakı şəhərinin Babək prospektində yerləşən “Auto Səs Azərbaycan” studiyasından gecə saatlarında yayılan yüksək səs-küy ətraf ərazidə yaşayan sakinlərin narahatlığına səbəb olub.

Patrulaz.az-a daxil olan məlumata görə, sözügedən obyekt Babək heykəlinin yaxınlığında, Günəşliyə gedən yolun sol tərəfində yerləşir.

Gecə saat 23:00 radələrində yayılan musiqi səsləri ərazidəki yaşayış binalarına qədər çatır.
Redaksiyamıza təqdim olunan videoda görünür ki, səs, hətta binanın 12-ci mərtəbəsindən də eşidilir.

Sakinlər vəziyyətdən ciddi narahat olduqlarını bildirirlər. Onlar qurumlardan məsələ ilə bağlı tədbir götürülməsini və xüsusən də gecə saatlarında sakitliyinin təmin olunmasını istəyirlər.

Gülbəniz Səfərova


Kateqoriyasız