media-db3f946e-2327-4a2c-983d-5e44ebb3b1ea

Xəbər verdiyimiz kimi, Bakıda keçmiş vəzifəli şəxsin nəvəsi əvvəlki sevgilisinin evinə hücum edərək ona və anasına xəsarət yetirib.

Patrulaz.az-a daxil olan məlumata görə, mayın 2-də Bakıda Mircəlal 226 ünvanında binada qalan Babayeva Şərafət Azad qızı, əvvəlki sevgilisi Murad Əhmədovun bıçaqlı hücumuna məruz qalıb.

Zərərçəkənin sözlərinə görə, valideyni evə gəldikdə vəziyyətini görərək Muradın ailəsi ilə əlaqə saxlayıb. Onlar 99-DR-999 nömrəli avtomobil ilə onların ünvanına gələrək, binanın həyətində də mübahisəni davam etdirib və zərərçəkmişin anasına və özünə təkrar xəsarətlər yetiriblər.

“Onlar bu əməlləri ilə öz vəzifəli babalarına güvənirlər”,- deyə Babayeva vurğulayıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirdi ki, insidentlə bağlı araşdırma aparılır, əlavə məlumat veriləcək.

Qeyd edək ki, Murad Əhmədovun babası Oktay Atakişiyev Müdafiə Sənayesi Nazirliyində yüksək vəzifədə işləyib, hazırda pensiyadadır.

https://patrulaz.az/iddia-kecmis-vezifeli-sexsin-nevesi-bakida-kohne-sevgilisinin-evine-eyvandan-girib-bicaq-xesaretleri-yetirdi-video


Bənzər xəbərlər