İDDİA! Keçmiş vəzifəli şəxsin nəvəsi Bakıda köhnə sevgilisinin evinə eyvandan girib, bıçaq xəsarətləri yetirdi - VİDEO
Bakıda keçmiş vəzifəli şəxsin nəvəsi əvvəlki sevgilisinin evinə hücum edərək ona və anasına xəsarət yetirib.
Patrulaz.az-a daxil olan məlumata görə, mayın 2-də Bakıda Mircəlal 226 ünvanında binada qalan Babayeva Şərafət Azad qızı, əvvəlki sevgilisi Murad Əhmədovun bıçaqlı hücumuna məruz qalıb.
Hadisə mayın 2-də saat 19:00-19:20 radələrində baş verib. Həmin vaxt Murad Əhmədov binanın blokunun 6-ci mərtəbəsinin pəncərəsindən eyvana tullanaraq evdə olan Şərafətə hücum edib. Hadisə yerində çəkilən kadrlarda Şərafətin əlindəki ciddi xəsarətlər və evin dağılmış vəziyyəti aydın şəkildə görünür. Hücum nəticəsində, Şərafət həm fiziki, həm də psixoloji travma alıb.
Zərərçəkənin sözlərinə görə, valideyni evə gəldikdə vəziyyətini görərək Muradın ailəsi ilə əlaqə saxlayıb. Onlar 99-DR-999 nömrəli avtomobil ilə onların ünvanına gələrək, binanın həyətində də mübahisəni davam etdirib və zərərçəkmişin anasına və özünə təkrar xəsarətlər yetiriblər.
“Onlar bu əməlləri ilə öz vəzifəli babalarına güvənirlər”,- deyə Babayeva vurğulayıb.
Qeyd edək ki, Murad Əhmədovun babası Oktay Atakişiyev Müdafiə Sənayesi Nazirliyində yüksək vəzifədə işləyib, hazırda pensiyadadır.
Aidiyyəti qurumlardan hadisəylə bağlı araşdırma apararaq tədbir görülməsi xahiş olunur.