Bakı metrosunun “Ulduz” stansiyasının çıxışı gölə çevrilib – VİDEO
Bakı şəhərində, “Nəriman Nərimanov” və “Koroğlu” stansiyaları arasında yerləşən “Ulduz” metrostansiyasının çıxışı güclü yağışdan sonra su ilə dolub.
Patrulaz.az xəbər verir ki, görüntülərdə əks olunub ki, stansiyanın qarşısındakı yolun çökək hissəsində iri gölməçə əmələ gəlib. Nəticədə nəqliyyat vasitələri əsas yolu deyil, səkiyə yaxın hissədən hərəkət etməyə məcbur qalıb.
Ərazinin gölə çevrilməsi həm dayanacaqda olan, həm də hərəkətdəki piyadaların hərəkətinə çətinlik yaradıb.
Məsələ ilə bağlı aidiyyəti qurumların tədbir görməsi xahiş olunur.






