media-inshot_20251006_161654848

Xəbər verdiyimiz kimi, Bakı-Quba yolunda sürət həddini aşaraq idarəetməni itirən və nəticədə ağaca çırpılan “Mercedes” markalı avtomobilin sürücüsü hadisə yerində ölüb, sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

****

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Patrulaz.az-a daxil olan məlumata görə, yüksək sürətlə hərəkət edən “Mercedes” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və nəticədə ağacın yanında qəzaya uğrayıb.

Hadisə nəticəsində avtomobilin sürücüsü hadisə yerində ölüb, sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə zamanı həyatını itirən və xəsarət alanlar barədə hələlik məlumat yoxdur. Avtomobil isə tamamilə yararsız hala düşüb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalar aparılır.

media-inshot_20251006_162808844

Gülbəniz Səfərova


Bənzər xəbərlər