media-1c93717a-36a9-4704-b831-0570ab2badfb

Azərbaycanın ən sıx hərəkətli magistrallarından biri olan Bakı-Sumqayıt yolunda asfalt örtüyünün bərbad vəziyyəti sürücülər üçün ciddi problemə çevrilib.

Patrul.az-a müraciət edən vətəndaşlar bildirir ki, yoldakı dərin çala-çuxurlar nəinki hərəkəti çətinləşdirir, həm də nəqliyyat vasitələrinə ciddi maddi ziyan vurur.

Şikayətçilərdən birinin sözlərinə görə, magistraldakı çuxurlardan birinə düşməsi nəticəsində avtomobilinə 400 manat məbləğində ziyan dəyib.

Sürücülər aidiyyatı qurumları yolun bu hissəsində təcili təmir işləri aparmağa və təhlükəni aradan qaldırmağa çağırırlar.

Gülbəniz Səfərova


Bənzər xəbərlər