media-file_000000007b4481f4be148443e504be3a

Bakı və Abşeronun bəzi ərazilərində su təminatında fasilə yaranacaq.

Patrul.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb.

Bildirilib ki, Abşeron rayonunun Saray, Ceyranbatan, Mehdiabad, Fatmayı, Goradil qəsəbələrinin, Corat bağ massivinin, Sabunçu rayonu, Kürdəxanı, Pirşağı, Ramana, Maştağa, Bilgəh, Nardaran qəsəbələrinin bəzi ərazilərini içməli su ilə təmin edən istismar müddəti bitmiş qəzalı xəttin bir hissəsinin yenisi ilə əvəz olunacaq.

Bu işlər çərçivəsində 28 iyul səhər saatlarından 30 iyul günorta saatlarınadək su təminatında fasilə olacaq.

Qurum müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyir.


Bənzər xəbərlər