Aldığı düyünü görən vətəndaş təəccübləndi: “Plastikə bənzəyir, hamısı standart” - VİDEO
Patrul.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülər növbəti dəfə qida təhlükəsizliyi ilə bağlı müzakirələrə səbəb olub. Vətəndaş aldığı düyünün görünüşündən şübhələnərək onun plastikə bənzədiyini iddia edib.
Paylaşılan videoda düyü dənələrinin ölçü və formasının demək olar ki, eyni olduğu, təbii düyüdən fərqli təsir bağışladığı qeyd edilir. Bu səbəbdən məhsulun keyfiyyəti ilə bağlı suallar yaranıb.
Qeyd edək ki, təkcə görünüşə əsasən düyünün plastik olduğunu söyləmək mümkün deyil. Məhsulun tərkibi yalnız laborator müayinələrdən sonra müəyyən edilə bilər. Mütəxəssislər istehlakçılara şübhəli qida məhsulları ilə qarşılaşdıqda onları istifadə etməməyi və aidiyyəti qurumlara müraciət etməyi tövsiyə edirlər.






