Bakıda "Bolt" sürücüsünün özbaşınalığı: 15 manatlıq gediş haqqını 30 manata yüksəltdi
Bakıda konsertdən çıxan vətəndaşdan “Bolt” taksi sürücüsü əlavə pul tələb edib.
Patrulaz.az-a daxil olan məlumata görə, vətəndaşlardan biri “Sea Breeze Resort”dan Xudu Məmmədov küçəsinə getməsi üçün “Bolt” şirkətinə müraciət edib. Bu zaman 77-QT-389 dövlət nömrə nişanlı avtomibilin sürücüsü “Bolt” tətbiqində 1 saatlıq yol üçün gediş haqqı 15 manat göstərildiyi halda, sürücü sərnişindən bunun ikiqatı olan 30 manat tələb edib.
Süni şəkildə qiymətin artırılmasından şikayət edən vətəndaş sifarişin ləğv edilməsini sürücüyə desə də, o buna məhəl qoymayıb.
Qeyd edək ki, son zamanlar konsert və digər kütləvi tədbirlərdən sonra oxşar şikayətlər artıb. Narazı sərnişinlərin sözlərinə görə, belə hallarda taksi tapmaq çətinləşdiyindən bəzi sürücülər fürsətdən istifadə edərək gedişhaqqını süni şəkildə artırır və sərnişinlərdən əlavə pul tələb edirlər.
Vətəndaş bildirir ki, sürücülərin özbaşına “yeni tarif” müəyyən etməsi sərnişinlər arasında narazılığa səbəb olur.

Gülbəniz Səfərova






