media-img_2373

Bu gün günorta saatlarında İçərişəhərdə yerləşən Cümə məscidinə gələn vətəndaşlar qəribə vəziyyətlə üzləşiblər. Belə ki, namazdan sonra üzünü yumaq və ya dəstəmaz almaq üçün məscidin arxa tərəfində yerləşən ayaqyoluna gedən ziyarətçilərdən 5 manat ödəniş tələb olunub.

Patrul.az Bakuplus.az-a istinadən xəbər verir ki, bu barədə vətəndaşlardan biri sosial media hesabında yazıb.

Vətəndaşın sözlərinə görə, o, üzünü yuyub çıxdıqdan sonra ayaqyolunun qapısında gözləyən şəxs “içəri giriş 5 manatdır” deyərək pul istəyib. Eyni hal dəstəmaz alan başqa bir şəxslə də təkrarlanıb.

Məlumata görə, ayaqyoluna girmək istəyən digər bir şəxs 5 manat ödəniş tələb olunduğunu eşidib geri qayıdıb. Onunla birlikdə gələn qadın da vəziyyətdən narazılığını gizlətməyib.

“Heç ən bahalı parkinq belə, saatı 2 manatdan baha deyil. Amma maksimum 5 dəqiqəlik ayaqyolu üçün 5 manat istənilməsi insanı təəccübləndirir”, – deyə şikayətçi bildirib.

Qeyd edək ki, sözügedən ayaqyolunun məscidə, yoxsa yaxınlıqdakı fərdi obyektlərdən birinə məxsus olduğu dəqiq bilinmir.


Bənzər xəbərlər