media-inshot_20260716_092616201

Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən obyektdə yanğın baş verib.

Patrul.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Arena Hall” hotelinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 300 kvadratmetr olan saunada baş vermiş yanğın genişlənməsinə, o cümlədən hotelə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.


Bənzər xəbərlər