media-file_00000000021471fbb9a00306beda1275

Mərdəkanda 22 yaşlı gənc dənizdə batıb.

Bu barədə Patrul.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə bir nəfər batıb. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda 2004-cü il təvəllüdlü Elgün Elçin oğlu Qarayevin batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.


Bənzər xəbərlər