Bakıda transformator partladı: Əraziyə FHN və polis cəlb olundu - VİDEO
Bakının köhnə Günəşli qəsəbəsində yanğın baş verib.
Patrul.az-ın məlumatına görə, hadisə gecə saatlarında İnqilab İsmayılov küçəsi 56 ünvanında baş verib.
İlkin iddialara görə, yanğına səbəb ərazidə yerləşən transformatorda baş verən güclü partlayış olub.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadaları və polis əməkdaşları cəlb edilib.
Yanğın nəticəsində xəsarət alanların olub-olmaması barədə hələlik rəsmi məlumat yoxdur.
Gülbəniz Səfərova






