Digər sürücülərin həyatını təhlükəyə atan şəxs cəzalandırıldı - VİDEO
Patrul.az-da yayımlanan və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atan sürücü ilə bağlı videogörüntülər aidiyyəti üzrə araşdırılıb.
Xatırladaq ki, redaksiyamıza müraciət edən vətəndaş sürücünün təhlükəli manevrlər edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozduğunu, hətta avtomobilini sağ zolağa istiqamətləndirərək onu yolun kənarındakı dəmir maneəyə sıxışdırmağa cəhd etdiyini iddia etmişdi.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Patrul.az-a bildirilib ki, təqdim olunan videogörüntülər əsasında araşdırma aparılıb, sürücü müəyyən edilərək barəsində qanunvericiliyin tələblərinə uyğun inzibati tədbir görülüb.
Ümid edirik ki, bu cür tədbirlər yol hərəkəti qaydalarına laqeyd yanaşan sürücülər üçün ciddi xəbərdarlıq olacaq və yollarda təhlükəsizliyin təmin edilməsinə töhfə verəcək.






