media-em34hru5xo6bidzkryxwnrlyvc3fsbmgt5ewyxbs_1200

ABŞ Prezidenti Donald Tramp İrana qarşı növbəti dəfə kəskin hədə-qorxu dolu bəyanatlarla çıxış edib.

Patrul.az xəbər verir ki, Ağ Ev rəhbəri “Fox News” telekanalına müsahibəsində İranın danışıqlardan imtina edəcəyi təqdirdə, ölkənin bütün mühüm mülki infrastrukturunun darmadağın ediləcəyini açıqlayıb.

Tramp hərbi əməliyyatların ardıcıl və amansız şəkildə davam edəcəyini vurğulayıb:

“Bu axşam onlara çox güclü zərbə endirəcəyik. Sabah axşam da onlara çox güclü zərbə endirəcəyik. Birisi gün axşam da yenə onlara çox güclü zərbə endirəcəyik. Əgər danışıqlar masasına oturmasalar, bütün elektrik stansiyalarını və bütün körpülərini dağıdacağıq”, – deyə o, vurğulayıb.

ABŞ lideri həmçinin əlavə edib ki, strateji əhəmiyyətli Hörmüz boğazına endirilən zərbələr şəxsən özü “bəsdir” deməyənə qədər dayanmayacaq.

Ağ Ev rəhbərinin mülki obyektləri hədəf alan bu bəyanatı beynəlxalq səviyyədə ciddi narahatlıq və etirazla qarşılanıb. BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk Trampın xəbərdarlığına dərhal reaksiya verərək bunun hüquqi məsuliyyət yaradacağını bildirib:

“Beynəlxalq hüquq normalarına əsasən, mülki şəxslərə və mülki infrastruktura qəsdən hücum təşkil etmək birbaşa müharibə cinayəti hesab olunur”.

Qeyd edək ki, müharibə dövründə humanitar davranışı tənzimləyən 1949-cu il Cenevrə Konvensiyaları da dinc əhalinin yaşaması üçün həyati vacib sayılan mülki infrastruktur sahələrinə və ərazilərə hərbi hücumların təşkilini qəti şəkildə qadağan edir.


Bənzər xəbərlər