media-inshot_20250919_124950260

“Formula 1” Azərbaycan Qran-prisinin pit-leyn günündə çəkilən bir foto sosial mediada böyük marağa səbəb olub.

Patrulaz.az xəbər verir ki, artıq  bir sıra F1 komandalarının rəsmi səhifələri bu pişiklə bağlı paylaşımlar ediblər.

Bakıda yarış zonasında sərbəst gəzinən pişik, xüsusilə “Mercedes AMG F1” tərəfindən “Kitty Antonelli” adı ilə təqdim edilərək Bakının ulduzu elan edilib.

Sosial şəbəkələrdə paylaşılan foto və videolar izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, “Formula 1 üzrə Azərbaycan Qran-Prisi” 19-21 sentyabr tarixlərində keçiriləcək. Yarışı izləmək üçün Bakıya 13 mindən çox turistin gələcəyi gözlənilir.

 

 


Bənzər xəbərlər